ORİONLİFT MMC Şirkəti 2017-ci ildən bu yana yüksək keyfiyyətli liftlərin quraşdırılması, həmçinin təmiri işlərini görərək bugünə qədər ölkə daxilində öz sözünü demişdir.

OTIS markalı liftlərin quraşdırılması, təmiri işlərini görən şirkətimiz, onunla paralel olaraq, düz hərəkət edən, yüksələn pilləkənli eskalatorların quraşdırılması, yaranmış nasazlığın aradan qaldırılması həmçinin texniki baxışın göstərilməsi işlərini tam güvənilir və yüksək keyfiyyətlə həyata keçirdir. Ölkəmizin bir neçə regionlarına həmçinin Naxçıvan Muxtar Respublikasına çatdırılma xidmətini göstərən şirkətimiz bir neçə dövlət strukturlu layihələrdə də öz sözünü demiş və güvən qazanmışdır

Bizim missiyamız, inkişaf etməkdə olan şəhərlərin və infrastrukturların, təhlükəsiz və sürətli liftlə təmin etmək həmçinin lift avadanlıqlarında yaranmış problermlərin həllərini az xərc və qısa zamanla aradan qalxmasını təmin etməkdir.

Orionlift MMC şirkəti kimi bizim fərqimiz aşağıdakılardır:

Geniş lift seçimi: Şirkətimiz, müştərilərimizin tələblərinə cavab verən müxtəlif lift növlərini həmçinin eskalatorın quraşdırılması təmirini təklif edir. Bunlar arasında sərnişin liftləri, mətbəx liftləri, yük liftləri, ev liftləri,yeriyən eksalatorlar, yüksələn pilləkənli eskalatorlar və daha çoxu mövcuddur.

Keyfiyyət və təhlükəsizlik: Orionlift MMC, dünya brendi olan Otis markalı  yüksək keyfiyyət standartlarına uyğun olan liftləri təklif edir. İstifadə etdiyimiz materiallar və texnologiyalar, liftlərimizin dayanıqlılığını və təhlükəsizliyini həmçinin gözoxşayan vizual görünüşünü təmin edir.

Texniki dəstək və xidmət: Liftlərin quraşdırılması, təmiri və servis xidmətləri ilə bağlı müştərilərimizə 24/7 xidmət göstərən şirkətimiz hər bir müştəriyə fərdi yanaşaraq yaranmış problemin qısa müddət ərzində aradan qaldırılması üçün peşəkarcasına texniki dəstək təklif edirik.