TEXNİKİ SERVİS

TEXNİKİ SERVİS

“Orionlift” şirkətinin müştərilərlə əməkdaşlığı yalnız avadanlıq satışı ilə kifayətlənmir. Şirkətimiz uzunmüddətli təcrübəsinə əsaslanaraq dəyərli müştərilərinə satış sonrası baş verə biləcək bütün problemlərin aradan qaldırılması hallarında hər zaman müştərilərinin yanındadır. Şirkətimizin təklif etdiyi avadanlıqlar gündəlik istifadə vasitəsi olduğu üçün avadanlıqda baş verən hər hansı nasazlığı aradan qaldırmaq vacib məsələlərdən biridir. Bizim texniki servis işçilərimizin avadanlıqlar haqqında kifayət qədər biliyə, sahib olması onların sizlərə yüksək keyfiyyət və qısa zaman ərzində kömklik edəcəyinə əsas verir. Müasir lift yüzlərlə nəhəng mexaniki və həssas elektron hissələrdən ibarətdir. Liftlərin texniki xidməti onların hər birinin etibarlı, fasiləsiz, ayrılmaz tərkib hissəsidir. Bunlar istismar zamanı hər növ nöqsanların aşkara çıxardılıb aradan qaldırılmasına imkan yaradır. Texniki xidmət lazımı qaydada göstərildikdə və təmir işləri vaxtında aparıldıqda lift ən təhlükəsiz nəqliyyat vasitəsidir. Ciddi texniki nəzarət və faktiki olaraq fasiləsiz təhlükəsizlik sayəsində (sürət həddi aşdıqda xüsusi “tutucular” kabini bələdçinin uzərində salladırlar), bədbəxt hadisə hallarının baş vermə ehtimalı istisna olunur.

  • Peşəkar xidmət
  • 24/7 Dəstək
  • Qısa zamanda problemin həlli
  • Problemin həlli üçün alternativ yolların təklifi
  • Operativ şəkildə texniki komandanın işə cəlb olunması

24/7 xidmət

Həmçinin onu da qeyd edək ki, texniki xidmət şöbəmiz 24/7 fasiləsiz olaraq, sizin zənglərinizə həm cavab verə, həmdə yaranmış problemi aradan qaldırmağa dəstək olmaqla məmmuniyyət hissi duyarıq.

XİDMƏTLƏRİMİZ