“OTIS”in liftləri artıq bütün dünya üçün təhlükəsizlik markası sayıla bilər. Hər gün dünyada 2 milyard insanın rahat və təhlükəsiz hərəkətini təmin edən, 2 milyondan çox müştəriyə xidmət göstərən “OTIS” şirkətinin məhsullarına dünyanın ən tanınmış binalarında, eyni zamanda ən böyük ticarət mərkəzlərində rast gəlmək olar. “OTIS”in Azərbaycandakı tərəfdaşı, rəsmi distribütoru olan “Orionlift” MMC fəaliyyətə başladığı dövrdən indiyədək lift və eskalator quraşdırılma xidmətini göstərib, minlərlə insanın rahat hərəkət etməsini təmin etmişdir. Ölkə bazarında böyük işçi qüvvəsinə malik olan “Orionlift”in əsas müştəriləri bir neçə dövlət müəssisələridir ki, bugünə qədər quraşdırma, təmir, və texniki servis məsələlərində öz sözünü demişdir.


“OTIS“ brendinin ən üstün tərəfi odurki, lift və eskalatorları quraşdırılarkən başqa zavodların detallarından qətiyyən istifadə edilmir. Bütün hissələr yalnız “OTIS”ə məxsus olur. Lift və eskalatorların detalları “OTIS”in dünyanın bir çox ölkələrində yaratdığı zavodlarda istehsal edilir. Bütün zavodlardakı istehsal prosesinə “OTIS”in ABŞ-dakı mərkəzi ofisi birbaşa nəzarət edir.

Liftlər ən çox yaşayış binalarında quraşdırılır. Şirkət binalarında təkcə sərnişin deyil, yük, qaraj liftləri də quraşdırıla bilinir. Yük liftləri 5 ton yükü qaldırmaq qabiliyyətinə malikdir. “Orionlift” şirkəti OTİS brendinin əməkdaşlığı ilə hətta ev liftlərinin təmir və quraşdırma xidmətini yüksək keyfiyyətlə həyata keçirir. Əgər kimsə şəxsi yaşayış evində 1-2 nəfərlik lift quraşdırmaq istəyirsə, rahatlıqla OTİS markalı liftlərdən istifadə edə bilər.

OTİS brendi lift istehsalına və liftlərin qurulmasına görə dünyada birinciliyi uzun illərdir ki, qoruyub saxlayır. Bu şirkət dünya bazarında fil gücünə malik sərnişin liftləri, eskalatorlar və hündürmərtəbəli binalara yük qaldırmaq üçün kranlar istehsal edir. Bu gün şirkətin 100 çox zavodları və texniki mərkəzləri dünyanın çoxlu ölkələrində fəaliyyət göstərir. Bu şirkətin məhsulları Çin Xalq Respublikasına, Koreyaya , Fransaya , Almaniyaya və Rusiyaya fəaliyyət göstərməklə dünyanın mindən çox şəhərlərinə, yüzdən çox ölkələrinə öz məhsullarını göndərirlər.

Otis brendinin Rusiya Federasiyasında İlk işləri Rusiya imperatorluğunun əmri ilə Qış Sarayında qurulub. SSRİ dövründə iş birliyi bir müddət pozulub. Amma keçən əsrin 70-ci illərində dünya bazarında bu liftə maraq çox olduğuna görə Moskvada kompaniyanın ofisi yaradılıb. Sonra isə Rusiyanın 45 şəhərində kompaniyanın ofisləri, üç zavodu fəaliyyətə başlayıb. Artıq Rusiyada bu kompaniyanın 35 mindən çox işçisi fəaliyyət göstərir. Və həm də artıq MDB məkanında OTİS liftləri ən çox istifadə olunan liftlərdir.